Koronavirus maneə deyil: Kriştianu Ronaldo ilk milyarder futbolçu olacaq
"Qızıl top"un beşqat qalibi, Turin komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 2019/20 mövsümündə 1 milyard dollar qazanan ilk oyunçu olacaq.

“Azsport.az” xəbər verir ki, bundan əvvəl yalnız iki idmançı buna nail olub. Bütün dünyaya təsir edən və idmanı xüsusilə ağır duruma salan koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı portuqaliyalı super ulduz K. Ronaldonun növbəti uğurunun əldə olunmasına mane olmayacaq. 35 yaşlı hücumçu təkcə yüksək maaşına görə deyil, həm də öz brendindən məharətlə istifadə etməsi sayəsində 2019/20 mövsümünün sonuna qədər futbol üçün inanılmaz maliyyə göstəricilərinə nail olacaq.

Məsələn, ötən il futbolçunun qazandığı 100 milyon dolların yalnız üçdə birini onun maaşı təşkil edib. Beləliklə, cari mövsüm üçün maaşının hətta 25 faizinin itirilməsi ("Yuventus"un oyunçuları üç ay maaşlarını saxlamaq üçün klubla razılaşıblar) hücumçunun cüzdanına çox da ciddi təsir göstərməyəcək. Baxmayaraq ki, koronavirusun yayılması səbəbindən futbolçu Madriddə öz otelinin açılmasını təxirə salıb, amma Kriştianunun iş “imperiyası” dünyadakı çətin vəziyyət qarşısında belə inkişaf edir. Bununla belə, oyunçunun artıq Funchal və Lissabonda otelləri var.

Maraqlıdır ki, bu günə qədər dünyada heç bir oyunçu karyerasında 1 milyard dollar qazana bilməyib. Əslində, idmanda cəmi iki belə insan olub: bu, 40 ildən sonra karyerasını davam etdirən əfsanəvi amerikalı qolfçu Tiger Vudsla həmkəndlisi, pul (pul) ləqəbli yenilməz boksçu Floyd Meyvezerdir.

Əlbəttə ki, Ronaldonun biznesdəki bütün uğurları bu sahədəki yüksək nailiyyətlər olmadan mümkün olmazdı. Futbolçu beş dəfə planetin ən yaxşı oyunçusu olaraq tanınıb və “Qızıl top” qazanıb. Dörd dəfə Avropa çempionatlarının ən yaxşı oyunçusu kimi “Qızıl buts” mükafatını əldə edib.

Kriştianu Ronaldo 21-ci əsrin bombardiridir. Belə ki, müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "Futbol kralı"ndan geridə qalır.

Bəsti SABİRQIZI

Xəbər 658 dəfə oxundu.