Gələn il keçiriləcək basketbol üzrə Avropa çempionatı təxirə salına bilər
Beynəlxalq Basketbol Federasiyası (FIBA) gələn il keçiriləcək Avropa çempionatını təxirə salmaq istəyir.

Buna Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi səbəb olub. Eyni mövsümdə 2 böyük turniri keçirməyin mümkün olmadığını düşünən FIBA rəhbərliyi qitə birinciliyini təxirə salmağa məcburdur.

Qeyd edək ki, Tokio Olimpiadası gələn il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Basketbolçuların Avropa çempionatı isə sentyabrın 2-19-da Çexiya, Gürcüstan, İtaliya və Almaniyada keçirilməli idi.

Artıq FIBA məsələ ilə bağlı bəyanat yayaraq təşkilatçı ölkələrlə danışıqlar aparacağını bildirib.


Xəbər 701 dəfə oxundu.