Futbol üzrə İtaliya A Seriyası qeyri-müəyyən müddətədək təxirə salınıb
Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi ölkə çempionatında cari mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.

Videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib.

Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.

Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.

Xəbər 526 dəfə oxundu.