"Alfa Romeo" komandasının virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb
"Alfa Romeo" komandasının aprelin 5-də keçiriləcək virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb.

Yarışda komandanı hazırkı pilot Antonio Covinatsi və 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton təmsil edəcəklər.

Yarış Formula 1-in rəsmi “YouTube”, “Twitch” və “Facebook” səhifələrində canlı yayımlanacaq.

Vyetnam ilə yanaşı, təxirə salınan Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır.
Çempionatın iyunadək davam etməsi gözlənilir.


Xəbər 554 dəfə oxundu.