Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb
Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb.

Onlardan götürülən COVID-19 analizlərinin nəticələri pozitiv olub. Aralarında dünya çempionu Boqlarka Kapas və mundialın 3 mükafatçısı da var.

İdmançılar sonuncu dəfə ötən ay Ərzurumda təlim-məşqdə olduqları üçün federasiya ehtimal edir ki, onlar Türkiyədə virusa yoluxublar.


Xəbər 755 dəfə oxundu.