“Aston Martin” Formula 1-ə qayıdacaq
“Aston Martin” Formula 1-ə qayıdacağını bildirib.

“Reysinq Point”in rəhbəri Lourens Stroll ilin əvvəlində “Aston Martin”in səhmlərinə sahib olduqdan sonra öz komandasının adından imtina etməyi planlaşdırır. Bu anlaşmadan sonra “Aston Martin” Formula 1-də zavod komandası kimi çıxış edəcək.

L.Stroll deyib: “Son bir neçə ayda bütün diqqətimi səhmlərə aid işlərə yönəltdiyimdən yuxusuz qalmışdım. Bu, mənim karyeramın ən əhəmiyyətli sövdələşməsi oldu. “Aston Martin”in yeri qəlbimdə tam başqadır. Onu da yaxşı bilirəm ki, bu brendin adını daşıyacağımıza görə böyük psixoloji təzyiq altında çıxış edəcəyik. Biz ilk günlərdən rəqabətədavamlı olacağıq”.


Xəbər 500 dəfə oxundu.