Formula 1 yarışlarının keçirildiyi Bakı şəhər halqası reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb
Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakı şəhər halqası XXI əsrdə inşa olunan avtodrom və ya qurulan şəhər traslarının reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb.

"The Race" nəşrinin tərtib etdiyi cədvəldə Bakı şəhər halqası beşinci yerdə qərarlaşıb. Bakı şəhər halqası 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir.

Birinci yerdə ABŞ-dakı "Trassa Amerika" avtodromu yer alıb. "İstanbul-Park" (Türkiyə) ikinci, Hindistandakı Budda avtodromu üçüncü, "Sahir" (Bəhreyn) isə dördüncü yerdədir.


Xəbər 516 dəfə oxundu.