Beynəlxalq Olimpiya Komitəsinin prezidenti onlayn müzakirələr aparıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax öz görüşlərini telekonfrans vasitəsilə həyata keçirir.

Qurumun prezidenti bir sıra mühüm şəxslərlə məsələləri artıq onlayn formada müzakirə edir.

Qeyd olunur ki, son günlərdə BOK-un prezidenti telekonfrans vasitəsilə Olimpiya Oyunlarının icraçı direktoru Kristof Dabi, idman direktoru Kit Makkonnel, Milli Olimpiya Komitələri (MOK) ilə əlaqələr və Olimpiya Həmrəyliyi Proqramının direktoru Ceyms Makleod, eləcə də BOK-un marketinq və televiziya xidmətləri üzrə direktoru Timo Lumme ilə müxtəlif mövzuları müzakirə ediblər.

Həmçinin Tomas Bax media nümayəndələrinin koronavirus (COVID-19) pandemiyası səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı ona ünvanlandığı sualları onlayn cavablandırıb.


Xəbər 497 dəfə oxundu.