Tokio Olimpiya kəndi koronavirus səbəbindən müvəqqəti xəstəxanaya çevrilə bilər
Tokio Olimpiadası üçün inşa edilən Olimpiya kəndi koronavirus səbəbindən müvəqqəti xəstəxanaya çevrilə bilər.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Tokionun qubernatoru Yuriko Koike deyib.

O, bildirib ki, 11 min olimpiya və 4 mindən çox paralimpiya idmançısını qəbul etmək üçün inşa olunan Atletlər kəndinin yaxın vaxtlarda xəstəxana kimi istifadəsi nəzərdə tutulur: ”Burada 24 bina yerləşir. Olimpiya və Paralimpiya oyunları 2021-ci ilə təxirə salındığı üçün Olimpiya kəndi uzun müddət boş qalacaq. Bu müddətdə həmin binalar xəstəxana funksiyasını yerinə yetirməyə yararlıdır. Düşünürük ki, koronavirusa yoluxan xəstələrin qəbulu üçün bura daha münasib yerdir”.

Qeyd edək ki, “Tokio-2020” gələn il iyulun 23-dən avqustun 8-dək baş tutacaq.

Xəbər 666 dəfə oxundu.