“Formula 1 Kanada Qran-Prisinin keçirilməsi elə də ümidli görünmür”
“Formula 1 Kanada Qran-Prisinin keçirilməsi elə də ümidli görünmür”.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Formula 1-in kanadalı sürücüsü Patrik Karpentyer deyib.

Onun sözlərinə görə, Kanada Qran-Prisi baş tutmaya bilər: “İtaliyada koronavirus səbəbindən hər gün yüzlərlə və hətta minlərlə insanın öldüyünü nəzərə alsaq, Ferrari komandası bu yarışa qoşulmaq barədə düşünmür. Bildiyimiz kimi, Ferrari Formula 1-in vacib hissəsidir. Onun bu Qran-Pridə iştirak etməməsi, yarışa mənfi təsirini göstərəcək. MakLaren komandası koronavirusdan qorxduğuna görə, Melburna getmədi. Təbii ki, bu səbəbdən Monreala da gəlməyəcək. Buna görə, yarışa ev sahibliyi şansımız hətta 10% -dən də azdır. Formula 1 Kanada Qran-Prisinin keçirilməsi elə də ümidli görünmür".

Qeyd edək ki, Formula 1 Kanada Qran-Prisinin iyunun 14-də baş tutması gözlənilir.

Aynurə PƏNAHQIZI

Xəbər 516 dəfə oxundu.