Xorvatiyanın "Sibona" basketbol klubu koronavirusun yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb
Xorvatiyanın “Sibona” basketbol klubu koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb.

Xorvatiyanın ən nüfuzlu komandasının rəhbərliyi oyunçular, məşqçilər və bütün ofis işçiləri ilə əməkdaşlığı dayandırıb. Zaqreb klubunu belə bir addım atmağa Xorvatiya Basketbol Federasiyası məcbur edib. Belə ki, qurum çempionatın nəticələrini ləğv etməklə liqada çıxış edən komandaların bütün ümidlərinin üstündən xətt çəkib. Nəticədə fəaliyyət göstərməyin mənasız olduğunu anlayan “Sibona” klubu öz işçilərinə məvacib verməmək üçün onlarla müqaviləni pozub.


Xəbər 677 dəfə oxundu.