Güləşçimiz Sənan Süleymanov Olimpiya reytinq siyahısında ilk onluqda yer alıb
Dünya Güləş Birliyi yunan-Roma güləşçilərinin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

Reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, Avropa çempionu Sənan Süleymanov (77 kq) 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarına yunan-Roma güləşçilərimiz hələ lisenziya qazana bilməyiblər.

Xəbər 678 dəfə oxundu.