Xose Perurena Lopezin səhhəti normallaşıb
Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Xose Perurena Lopezin səhhəti normallaşıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, 74 yaşlı prezident artıq müalicəsini Madriddəki evində davam etdirir. Həkimlər onun bir müddətdə evdə qalmasını məsləhət görüb.

Qeyd edək ki, ötən həftə Xose Perurena Lopezin koronavirus COVID-19 üçün verdiyi qan analizinin nəticəsi müsbət olub.


Aynurə PƏNAHQIZI

Xəbər 546 dəfə oxundu.