Formula 1 Çin Qran-Prisi oktyabr ayında keçiriləcək
Formula 1 Çin Qran-Prisi oktyabr ayında keçiriləcək.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Formula 4 çempionatının təşkilatçıları yeni təqvim hazırlayıblar. Həmin təqvimə əsasən Çində mövsümün ilk yarışları 23 və 24 may tarixlərində keçiriləcək. Əvvəlcə bu yarışlar oktyabrın 17 və 18-də Şanxayda keçirilməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb kimi həmin tarixin Formula 1 yarışlarının təqviminə salınmasıdır.

Qeyd edək ki, Formula 1-in yeni təqvimi yaxın vaxtlarda açıqlanacaq.

Aynurə PƏNAHQIZI

Xəbər 911 dəfə oxundu.