Azərbaycan güləşçiləri "Evdə qal, sağlam qal" kampaniyasına qoşulublar
Bütün dünyada yayılmış "COVID-19" virusunun ölkəmizdə daha çox insana yoluxmasının qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən ciddi tədbirlər görülür.

Pandemiyanı önləmək məqsədilə ölkəmizdə ciddi karantin rejimi elan edilib. Bu günləri evdə keçirmək təhlükəsizlik baxımından çox vacibdir. Bununla bağlı ölkə ictimaiyyətinin tanınmış simaları "evdə qal, sağlam qal" kampaniyasına start veriblər. Bu aksiyaya güləşçilərimiz də qoşulublar.


Xəbər 662 dəfə oxundu.