UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb
UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

Azsport.az saytı xəbər verir ki, bu barədə qərar UEFA-nın aprelin 1-də quruma üzv 55 milli assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub. Qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını təklif edib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.

Xəbər 719 dəfə oxundu.