Macarıstanda 9 idmançı koronavirusa yoluxub
Macarıstanın üzgüçülük milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb.

Azsport.az AIPS-in rəsmi saytına istinadən xəbər verir ki, onlardan götürülən Covid-19 analizlərin nəticələri pozitiv olub.

Aralarında dünya çempionu Boqlarka Kapas və mundialın 3 mükafatçısı da var.

İdmançılar sonuncu dəfə ötən ay Ərzurumda təlim-məşqdə olduqları üçün federasiya ehtimal edir ki, Türkiyədə virusa yoluxublar.

Xəbər 930 dəfə oxundu.