“Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli Fukusimada ictimaiyyətə təqdim olunub
“Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli Fukusimada ictimaiyyətə təqdim olunub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, alov aprelin 2-dən 30-dək Fukusimada qalacaq.

Təşkilatçılar alovun hər gün səhər saat 9-dan axşam 4-dək nümayiş olunacağını bildiriblər. Onlar "COVID-19” pandemiyasının yayılmasının qarşısını almaq üçün ictimaiyyət üzvlərindən məkanı ziyarət edərkən xüsusi qaydalara riayət etmələrini xahiş ediblər.

Qeyd edək ki, olimpiya məşəli xüsusi fənərdə yerləşdirilib. Məşəl Yunanıstanın olimpiya qəsəbəsində yandırılıb. Mərasim uzun illərdən bəri ilk dəfə azarkeşsiz baş tutub.

Aynurə PƏNAHQIZI

Xəbər 722 dəfə oxundu.