Sabiq dünya çempionu koronavirusa görə karyerasını bitirmək niyyətindədir
UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Daniel Kormye koronavirusa görə karyerasını bitirmək niyyətindədir.

41 yaşlı amerikalı MMA idmançısı yayda Stipe Mioçiçlə üçüncü dəfə görüşməyi planlaşdırırmış. 2018-ci ilin iyulunda rəqibini ilk raundda nokaut edən Kormye kəmərə yiyələnsə də, ötən ilin avqustunda revanş görüşündə məğlub olub. Tərəflər üçüncü döyüşlə bağlı razılığa gəlsə də, pandemiya onların planlarını pozub.


Xəbər 617 dəfə oxundu.