Ümumdünya Antidopinq Agentliyi Beynəlxalq Taekvondo Federasiyası barədə qərarını dəyişib
Ümumdünya Antidopinq Agentliyi Beynəlxalq Taekvondo Federasiyası barədə qərarını dəyişib.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, martın 31-də İcraiyyə Komitəsinin (ExCo) səsverməsindən sonra Ümumdünya Antidopinq Agentliyi (WADA) Beynəlxalq Taekvondo Federasiyasını (ITF) Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olmayan təşkilatların siyahısından çıxardığını elan edib. Agentlik hazırkı statusunu qorumaq üçün ITF ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətində olduğunu da vurğulayıb.

Xatırladaq ki, 2019-cu il sentyabrın 23-də WADA İcraiyyə Komitəsi ITF-nin uyğunluq statusunu ləğv edib. Buna səbəb federasiyanın antidopinq kodeksi beynəlxalq standartlara uyğun olmamasıdır. ITF nümayəndələri qərara 21 gün ərzində etiraz edə bilərdilər, lakin bunu etməyiblər.



Xəbər 643 dəfə oxundu.