İlk gündə 1 bürünc medal
Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatına start verilib. İdman.com.az saytı xəbər verir ki, yarışın ilk günü mübarizəyə qatılan yeganə idmançımız Aydın Bəhməlov (-87 kq) bürünc medala sahib olub. 1/4 finalda Varela Vaskesə(İspaniya) 7:5 hesabı ilə qalib gələrək bürünc medalı təmin edən idmançımız, yarımfinalda Xose Rodrigesə (Portuqaliya) 9:3 hesabı ilə məğlub olub.

11 təmsilçimizdən daha üç nəfəri ayın 15-də yarışa qatılacaq. Mübarizəyə 1/8 finaldan başlayan Vladislav Subbotin (74 kq) ilk döyüşünü Vilson Lajkajla (Çernoqoriya) keçirəcək. Digər taekvondoçularımızdan Ceyhun Həsənli (-80 kq) Aleksandros Andrenokidislə (Yunanıstan), Aytən Səmədli (-62 kq) isə birinci döyüşünü Anna Qordulkoya (Ukrayna) qarşı keçirəcək. Yarışlar Bakı vaxtı ilə gündüz saat 12:30-da başlanır. 16-21 yaşlı taekvondoçuların Avropa çempionatına iyunun 17-də yekun vurulacaq.

Xəbər 1176 dəfə oxundu.