Formula 1 üzrə Hindistan Qran-Prisinin keçirildiyi avtodrom karantin mərkəzi kimi istifadə olunur
Formula 1 üzrə Hindistan Qran-Prisinin keçirildiyi avtodrom koronavirus pandemiyasına görə müvəqqəti olaraq karantin mərkəzi kimi istifadə edilir.

Dehli yaxınlığında yerləşən avtodromda işçi-miqrantlar yerləşdirilir.

Martın 25-dən Hindistanda 25 günlük karantin rejimi elan olunub. Avtodromda yerləşdirilən işçi-miqrantlar karantin rejimindən sonra paytaxtdan göndəriləcək.

Qeyd edək ki, Dehli yaxınlığındakı avtodrom 2011-2013-cü illərdə Formula 1 yarışlarına ev sahibliyi edib.

AZƏRTAC

Xəbər 636 dəfə oxundu.