UEFA yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır
UEFA yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır.

Azsport.az saytı xəbər verir ki, UEFA milli çempionatların bərpa tarixi ilə bağlı bir neçə variant üzərində işləyir. Quruma üzv olan 55 milli assosiasiya ilə 1 aprel videokonfransında 3 təklifin irəli sürüləcəyi gözlənilir. Bunlardan birincisi çempionatların mayın ortasında start götürməsi, ikincisi bu plan baş tutmayacağı təqdirdə bərpa müddəti mayın sonuna qədər uzadıla bilər. Üçüncü təklifdə isə liqaların iyunun ortasında başlanması irəli sürüləcək.

Qeyd edək ki, UEFA-nın milli çempionatları başa çatdırmaq üçün avrokubokların formatında dəyişiklik edə bilər. Finala çıxmaq üçün oyunların sayını azaldacağı da istisna olunmur.

Xəbər 697 dəfə oxundu.