Formula 1 pilotu COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulub
McLaren komandasının sürücüsü Lando Norris COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Formula 1 pilotu koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün instaqram izləyəcilərinə səslənib. O, 10 min dollardan çox ianə topladıqdan sonra saçlarını kəsəcəyini söz verib. 12 min dollardan çox ianə toplayan britaniyalı sürücü onu İngiltərədə koronavirus xəstələrinin müalicəsinə bağışlayıb.

Qeyd edək ki, bütün izləyicilərinə təşəkkür edən sürücü indi bütün saçlarımı kəsməliyəm deyib.


Aynurə PƏNAHQIZI

Xəbər 527 dəfə oxundu.