Formula 1 komandaları bir illik müqavilə imzalamaq istəyir
Formula 1 komandaları Beynəlxalq Avtomobil Federasiyası (FİA) və kommersiya hüquqlarına sahib olan FOA ilə bağlanmış müqavilənin müddətini bir illik artırmaq niyyətindədirlər.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, komanda rəhbərləri buna səbəb kimi növbəti beş illik müqavilə imzalanmazdan əvvəl bu böhrandan necə çıxacaqlarını göstəriblər.

Qeyd edək ki, razılaşma sazişi bu ilin dekabr ayında bitəcək. Yeni müqavilə 2019-cu ilin noyabr ayında komandalara təqdim edilmişdi, onun aprel ayında imzalanacağı gözlənilirdi. Ancaq koronavirus səbəbindən yarışlar təxirə salındı və buna görə də danışıqlar dayandırıldı. FİA-da öz növbəsində qarşıdakı mövsüm üçün planlaşdırılan 175 milyon dollarlıq büdcə limiti əvəzinə 100 milyon dollarlıq büdcə limiti tətbiq etməyi düşünür.

Aynurə PƏNAHQIZI

Xəbər 538 dəfə oxundu.