Kirsan İlümjinov: Teymur vəziyyəti düzgün dəyərləndirdi
FİDE-nin keçmiş prezidenti Kirsan İlümjinov chess-news.ru-ya müsahibəsində namizədlərin turnirindən və Teymur Rəcəbovdan danışıb. İlümjinov müsahibəsində yaranmış vəziyyətdə 23 il rəhbərlik etdiyi FİDE-nin, eyni zamanda Teymur Rəcəbovun tərəfində olduğunu deyib:

“Teymur Rəcəbov çox parlaq, istedadlı şahmatçıdır. O, həmişə mənim xoşuma gəlib. Mən onun şahmat karyerasının əvvəlini xatırlayıram. Yadınızdadırsa, 16 il öncə mən Qran-prinin 1-ci mərhələsini keçirirdim. 1-ci Dubayda oldu, 2-ci Moskvada. Orada o, Kasparova qalib gəldi. Rəcəbov orada qalib oldu. Onda 14-15 yaşı var idi. İstedadlı şahmatçı idi. Öz nəticələri ilə tez-tez sevindirirdi.

Teymur bu namizədlər turnirində oynamırdı. Bu, normal deyil. Çünki, Teymur oynamalı idi. O, iki, üç, deyil, beş, on gediş qabağı hesablayan və vəziyyəti görən şahmatçı, yüksək səviyyəli qrossmeyster kimi o zaman vəziyyəti düzgün dəyərləndirdi: epidemiya, pandemiya bütün dünyada addımlayır və yoluxanlar çoxalır. Belə vəziyyətdə, oynamaq, turnirə başlamaq... . Teymur öz fikrini tək şahmatçı kimi vermədi. O ciddi insandı, dünyadakı vəziyyəti, mətbuatı izləyir. Düzgün təklif irəli sürdü və indi prinsipcə haqlı çıxdı. Turniri başlatmaq lazım deyildi. Ancaq FİDE öz tərəfindən hesabını götürdü. Necə ki, şahmat partiyasında: Rəcəbov hesab etdi ki, ağlarla başlamaq olmaz, FİDE hesab etdi ki, lazımdır. Kim haqlı çıxdı. İndi pat vəziyyəti yarandı. Bir tərəfdən Rəcəbov haqlıdır, o oynamalı idi. Digər tərəfdən FİDE ali orqandır. Prezident Şurası qərara aldı ki, turniri başlasın və sonra dayandırsın. Necə ki, FİDE-nin 5-ci prezidenti Florensio Kampomanes və FİDE vaxtı ilə Karpov və Kasparov yarım il oynadıqdan sonra matçı dayandırmaq qərarı verdilər. Burada da elə. Mən mühakimə etmək, ya şərh vermək istəmirəm. Sadəcə, təəssüf ki, turnir dayandırıldı. Ancaq Allah eləsin biz koronavirusa qalib gələk. Gəlin biz koronavirusa qalib gələk, sonra bu namizədlər turniri ilə də müəyyənləşərik”.

Xəbər 622 dəfə oxundu.