“Mercedes” komandasından koronavirus xəstələrinə dəstək
Formula 1 komandalarından biri olan “Mercedes” komandasının mühəndisləri yeni tip koronavirus (COVİD-19) ilə mübarizəni dəstəkləmək üçün nəfəs aparatı istehsalına başlayıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, həmin cihazlar İngiltərənin müxtəlif bölgələrində olan xəstəxanalara göndəriləcək.

Qeyd edək ki, aparatların istehsalı London Universiteti ilə birlikdə həyata keçirilib.

Aynurə PƏNAHQIZI

Xəbər 817 dəfə oxundu.