Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
Milli Basketbol Assosiasiyası (MBA) koronavirusdan sağalmış oyunçu və əməkdaşlardan "NBA Together" proqramı çərçivəsində digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir.

ABŞ-da koronavirusdan sağalan insanlardan plazma qəbul etməyə başlayıblar. Həmin qanın tərkibində COVID-19 virusuna qarşı anticisimlər mövcuddur ki, bunlardan da digər pasiyentlərin müalicəsində istifadə olunacaq. Xəstələrə donor plazması onların orqanizmlərinin virusdan daha sürətlə təmizlənməsi məqsədilə köçürüləcək.

Bu günədək MBA-nın üç oyunçusunun koronavirusdan tam sağalması məlumdur. Bu oyunçular Rudi Qober, Donovan Mitçell (hər ikisi "Yuta" komandasından) və Kristian Vuddur ("Detroyt" komandasından).


Xəbər 708 dəfə oxundu.