Tokio olimpiadasının yeni tarix bəlli olub
Koronavirus pandemiyası üzündən təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix bəlli olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (İOC) və “Tokio 2020” təşkilatçıları arasında artıq razılaşma əldə olunub. Razılaşmaya əsasən Tokio Yay Olimpiya Oyunları 23 iyul-8 avqust, Paralimpiya Oyunları isə 24 avqust-5 sentyabr tarixlərində baş tutacaq.


Xəbər 910 dəfə oxundu.