Tomas Bax: “Tokio-2020” Olimpiadasına lisenziya qazanmış idmançılar 2021-ci il Oyunlarında iştirak edə bilərlər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax “Tokio-2020” Olimpiadasında iştirak üçün təsnifat qazanmış idmançıların seçim turlarından keçmədən 2021-ci il Oyunlarında çıxış edə biləcəyini təsdiqləyib.

Baxın şərhləri BOK-un mətbuat xidməti tərəfindən TASS agentliyinə təqdim olunub.

“Aydındır ki, Tokio Olimpiadasında iştirak üçün təsnifatdan keçən idmançıların lisenziyası saxlanılacaq. Bu, ondan irəli gəlir ki, yarışlar “Tokio-2020” adı altında keçiriləcək”, - deyə Tomas Bax vurğulayıb.

Xatırladaq ki, martın 24-də BOK koronavirus infeksiyası pandemiyası ilə əlaqədar Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə qərar verib. Hazırda Olimpiya lisenziyalarının 57 faizi oynanılıb, yarışlarda 11 min idmançının iştirakı gözlənilir.

AZƏRTAC


Xəbər 512 dəfə oxundu.