"Yuta Caz" və "Detroyt"un basketbolçuları koronavirusa qalib gəliblər
“Yuta Caz” klubunun basketbolçuları Rudi Qober və Donovan Mitçell koronavirusa qalib gəliblər.

“Detroyt”un mərkəz oyunçusu Kristan Vudsla birlikdə adıçəkilən basketbolçular ABŞ-da bu təhlükəli xəstəlikdən sağalan ilk idmançılar kimi tarixə düşüblər.

R.Qober MBA-da koronavirusa yoluxan ilk basketbolçu olub. Məhz onun xəstələnməsindən sonra liqa rəhbərliyi çempionatı dayandırmağı qərara alıb. Qoberin ardınca onun komanda yoldaşı D.Mitçell də eyni problemlə üzləşib. Hazırda “Bruklin”, “Boston”, “Filadelfiya” və “Denver”in bəzi oyunçuları koronavirusdan müalicə olunurlar.

Xəbər 650 dəfə oxundu.