"Dreyer & Reinbold"un pilotu Seyc Karam "IndyCar iRacing Challenge"in birinci mərhələsinin qalibi olub
"IndyCar" avtoyürüşü sessiyasının təşkilatçıları virtual çempionat – "IndyCar iRacing Challenge"ə start veriblər.

"IndyCar" pilotlarının iştirak etdiyi çempionat 6 mərhələdən ibarət olacaq.

Birinci mərhələ pilotların səsverməsi nəticəsində "Uotkins-Qlen" trasında keçirilib. Yarışın qalibi "Dreyer & Reinbold" komandasının 25 yaşlı pilotu Seyc Karam olub. İlk üçlükdə "Chip Ganassi"nin üzvü Feliks Rozenkvista və "Team Penske" komandasından Uill Pauer yer alıblar.

Virtual yarışın ikinci mərhələsi aprelin 4-də "Barber Motosport Park" trasında reallaşacaq.

Çempionatın mayadək davam etməsi gözlənilir.
Qeyd edək ki, "IndyCar” seriyasından olan iki avtoyürüş, koronavirus pandemiyasına görə təxirə salınıb. Mayın 24-də keçirilməsi nəzərdə tutulan nüfuzlu “500 mil İndianapolis” yürüşü avqustun 23-də təşkil olunacaq. “GMR Grand Prix” yarışı isə mayın 9-da deyil, iyulun 4-də reallaşacaq.

AZƏRTAC

Xəbər 514 dəfə oxundu.