Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb
UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin tarixini dəyişib.

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.


Xəbər 652 dəfə oxundu.