Vaşye-Laqrav: Teymuru başa düşürəm, ancaq artıq çox gecdir
Şahmat üzrə namizədlərin turnirinin ilk dövrəsini 4,5 xalla lider cütlüyündə başa vuran fransalı qrossmeyster Maksim Vaşye-Laqrav “Times of İndia”ya müsahibə verib.

Yalnız Azərbaycan şahmatçısı Teymur Rəcəbovun məlum səbəbdən yarışdan imtinasından sonra namizədlərin turnirinə qatılmaq imkanı əldə edən fransalı hazırkı durumundan məmnundur və belə halda da turnirin gedişinə hər hansı dəyişiklik edilməsində maraqlı deyil. Müsahibədə jurnalistin ona Teymur Rəcəbovun turnirə qayıtmaq istəyinə münasibəti ilə bağlı sualının cavabında Vaşye-Laqrav bunları deyib: “Düşünürəm ki, artıq çox gecdir. Teymurun necə vəziyyətə düşdüyünü və onun məyusluğunu anlayıram. Onun üçün üzücüdür. Ancaq biz sikli yenidən qaytara bilmərik”.

Xəbər 435 dəfə oxundu.