Formula1 mövsümü tezliklə azarkeşsiz yarışlarla başlaya bilər
Formula1 mövsümü tezliklə azarkeşsiz yarışlarla keçirilə bilər.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri dünya şöhrətli keçmiş Formula 1 pilotu Devid Kulthard bildirib.

“Düşünürəm ki, idman tədbirləri düşündüyümüzdən tez başlayacaq. Yaxın gələcəkdə Formula 1-in mərhələlərini tamaşaçısız gözləyirik. Növbəti yarışlarda yenidən azarkeşlər gəlməyə başlayacaqlar. Yarışların pandemiya səbəbindən vaxtında keçirilməməsi pis oldu. Hər kəs Zandfortdakı yarışı səbirsizliklə gözləyirdi. Niderlanddakı Formula 1 yarışlarının azarkeşsiz keçiriləcəyi gözlənilir”.

Xatırladaq ki, Devid Kulthard 2017-ci ildə Bakıya son səfəri zamanı müsahibəsində Bakı Şəhər Halqasının heyrətləndirici bir trek və onun yarış iştirakçıları üçün əsl sınaq yeri olduğunu bildirmişdir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula1 mövsümünün ilk 8 yarışı təxirə salınıb. Yaxın vaxtlarda Kanada və Fransa Qran-pri yarışlarının da təxirə salınacağı gözlənilir.

Aynurə PƏNAHQIZI

Xəbər 523 dəfə oxundu.