FIG koronavirus pandemiyası səbəbindən Namibiyadakı iclaslarını təxirə salıb
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi və Şurası koronavirus pandemiyası səbəbindən Namibiyadakı iclaslarını təxirə salıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, görüşlər Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqda yerləşən Svakopmund şəhərində mayın 26-da və 27-də baş tutmalı idi. COVID-19 pandemiyası səbəbindən bütün tədbirləri təxirə salan FIG yerli təşkilatçılarla görüşlərin yeni tarixlərinin müzakirə edildiyini bildirib.

Qeyd edək ki, koronavirus səbəbindən Özbəkistan, İtaliya, Qətər, Bolqarıstan və Azərbaycanda keçiriləcək Dünya Kuboku oyunlarının hamısı təxirə salınıb. Yarışların yeni keçirilmə tarixlərinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Xəbər 709 dəfə oxundu.