Niderland Olimpiya Komitəsindən mühüm addım
Niderland Olimpiya Komitəsi koronavirus pandemiyasına yoluxmuş insanlara kömək etmək məqsədi ilə mühüm addım atıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Niderland Olimpiya Komitəsi “Tokio 2020” Yay Olimpiya Oyunları təxirə salındıqdan sonra xəstəxanaları koronavirus pandemiyasına qarşı mübarizədə kömək etmək üçün soyuducu gödəkcələr və buzlu içki maşınları ilə təmin edib. Habelə, komitə tərəfindən tibb işçilərinə yardım etmək məqsədi ilə 25 maşın və xəstəxanalara yüzlərlə soyuducu yastıq verilib.

Qeyd edək ki, bu avadanlıqlar komitə tərəfindən Tokioda 2020-ci ildə keçirilməsi gözlənilən Olimpiya Oyunlarına hazırlıq çərçivəsində alınmışdı. Komitənin məqsədi Niderland komandasının Yaponiyanın paytaxtında gözlənilən yüksək temperaturlara uyğunlaşmasına yardımçı olmaq idi. Ancaq COVID-19 ilə əlaqədar olaraq olimpiada ləğv edilib. Bu virus səbəbindən Niderlandda 630-dan çox insan ölüb. 9700-dən çox insanın isə yoluxduğu bildirilir.

Xəbər 532 dəfə oxundu.