Xose Perurena Lopezdə koronavirus aşkarlanıb
Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Xose Perurena Lopezin koronavirus COVID-19 üçün verdiyi qan analizinin nəticəsi müsbət olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, 74 yaşlı prezident İspaniyanın paytaxtı Madrid şəhərində xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Xose Perurena 2016-cı ildə noyabrın 25-də Beynəlxalq Kanoe Federasiyasının (ICF) Bakıda keçirilən XXXVI Konqresində səsvermə nəticəsində növbəti dörd il müddətinə ICF-in prezidenti seçilib. O, 94 mümkün səsdən 82-ni qazanıb. Onun növbəti 4 ildə də bu quruma rəhbərliyi gözlənilirdi.


Xəbər 540 dəfə oxundu.