Şəhriyar Məmmədyarov koronavirusla mübarizəyə səslədi
Qrossmeyster Şəhriyar Məmmədyarov feysbuk hesabında izləyicilərini koronavirusla mübarizədə birliyə çağırıb. Şahmatçının paylaşımında deyilir:

“Əziz dostlar və həmvətənlərim! Dünya bugün çətin günlərini yaşayırsa, bizlər güclü olub bu virusa qalib gələ bilərik! Bugünkü gündə həkimlərimiz və bu işdə virusa qalib gələ biləcək insanlar əllərindən gələn hər şeyi edirlər ki, hamımız üçün yaxşı olsun. Bizlər isə gərək onlara dəstək olaq və evimizdə qalaq! Virusun böyüməsinə kiçik də olsa, şərait yaratmalı deyilik! Evimizdə oturub ailəmizlə vaxt keçirək və sevimli məşğuliyyətimizlə məşğul olub daha da inkişaf edək! Güc birlikdədir, dostlar !!!

Xəbər 436 dəfə oxundu.