Ümid Bulud «aslan» olub
«Qalatasaray» Ümid Bulud transferində son nöqtəni qoydu. Klub bu futbolçunu 1 ildən sonra tam hüquqları ilə almaq imkanı şərti ilə «Tuluza»dan icarəyə götürüb. Bu məlumat komandadan mediaya göndərilən açıqlamada öz əksini tapıb.

İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray» fransız klubuna 1 illik icarəyə görə 350 min avro ödəyəcək. Türklər futbolçunu gələn il tam hüquqla süralarına qatmaq istəsələr, «Tuluza»ya daha 3 milyon avro ödəməli olacaqlar.

29 yaşlı mərkəz hücumçusu fransız klubunda ötən mövsüm 31 oyun keçirib və onlardan 17-də ilk dəqiqələrdən meydana çıxıb. Ümid Bulud bu oyunlarda rəqiblərinin qapısından 5 top keçirib.

Xəbər 1710 dəfə oxundu.