AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə futbol hakimləri üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.

AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır.

Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.

Xəbər 440 dəfə oxundu.