AMADA koronovirusla mübarizə kampaniyasına vəsait ayırıb
Saf idmanı daim dəstəkləyən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə COVID-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.

Korporativ Sosial Məsuliyyət strategiyasını rəhbər tutaraq AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib. Bu məbləğ virusla mübarizə fondunun hesabına köçürülüb.

Xəbər 558 dəfə oxundu.