MOK-un əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər
Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.

Komitənin əməkdaşları aylıq əməkhaqlarının bir qismini Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan MOK, vətəndaşları, o cümlədən Olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.


Xəbər 851 dəfə oxundu.