Yekaterinburqda iddiaçılar turnirində rusiyalı şahmatçı liderliyini davam etdirir
Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində martın 23-də altıncı turun oyunları keçirilib.

Turnir cədvəlinin lideri rusiyalı şahmatçı Yan Nepomnyaşi növbəti turda çinli Liren Dinq ilə qarşılaşmada qalib gəlib. Aktivində 4,5 xal olan şahmatçı liderliyini davam etdirir.
On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.


Xəbər 424 dəfə oxundu.