Koronavirusa yoluxmuş “Milan” klubunun texniki direktoru Paolo Maldininin vəziyyəti sabitdir
İtaliyanın “Milan” klubunun texniki direktoru Paolo Maldini koronavirus xəstəliyinə yoluxub.

Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, onun oğlu, “Milan”nın futbolçusu Daniel Maldinidə də koronavirus aşkarlanıb. Onların vəziyyətinin sabit olduğu və iki həftə evdə qaldıqları, başqa insanlarla təmasda olmadıqları bildirilir.

Əlli bir yaşlı Paolo Maldini bütün karyerasını (1984-2009) “Milan”da keçirib. O, on altı yaşında İtaliya A Seriyasında debüt edən ən gənc oyunçu olub, bu rekord indiyədək yenilənməyib.


Xəbər 528 dəfə oxundu.