Virtual Formula 1 çempionatı keçiriləcək
Formula 1 yarışlarının təşkilatçısı “Liberty Media” virtual çempionat – “F1 Esports Virtual Grand Prix”in keçiriləcəyini elan edib.

Formula 1 pilotlarının iştirak edəcəyi çempionat təxirə salınan Qran-prilərin yerinə təşkil olunacaq. Birinci mərhələ martın 22-də - virtual Bəhreyn Qran-Prisi baş tutacaq. Təsnifat yürüşlərinin də keçiriləcəyi yarışda pilotlar 28 dövrə vuracaqlar. Çempionatda bütün bolidlər eyni göstəricilərə malik olacaqlar.

Yarış Formula 1-in rəsmi “Youtube”, “Twitch” və “Facebook” səhifələrində canlı yayımlanacaq.

Bəhreynlə yanaşı, təxirə salınan Vyetnam, Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır. Hanoy və Zandfort yürüşlərinin “F1 2019” oyun bazasında trasları olmadığı üçün yarışlar digər treklərdə təşkil ediləcək.
Çempionatın iyunadək davam etməsi gözlənilir.

Xəbər 568 dəfə oxundu.