Rəqiblər bəllidir
Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatında Azərbaycan idmançılarının rəqibləri məlum olub. İdman.com.az saytının məlumatına görə, bu gündən iyunun 17-dək davam edəcək yarışın ilk günü 1 idmançımız - Aydın Bəhməlov (87 kq) mübarizə aparacaq. O, birinciliyə 1/4 final mərhələsindən qoşulacaq və burada fransalı taekvondoçu ilə ispaniyalı həmkarının güclüsü ilə qarşılaşacaq.
Yarışa yollanan taekvondoçularmızın mübarizə aparacağı günlər və rəqiblərini təqdim edirik:

15 iyun
74 kq, 1/8 Vladislav Subbotin - Vilson Lajkaj (Çernoqoriya)
80 kq, 1/8 - Ceyhun Həsənli – Aleksandros Andrenokidis (Yunanıstan)
62 kq, 1/8 - Aytən Səmədli – Anna Qordulko (Ukrayna)

16 iyun
63 kq, 1/16 - Elxan İsayev – Anton Skrin (Ukrayna)
68 kq, 1/16 - Səbuhi İsmayılzadə - Kayli Vassalo (Malta)
53 kq, 1/8 - Günay Ağayeva – Lai Janik (Norveç)

17 iyun
54 kq, 1/16 - İmran Zalov - Huqo Abreu (Portuqaliya)
58 kq, 1/16 - Pərvin Əliyev - Ömər Aksoy (Türkiyə)
46 kq, 1/8 - Xəyalə Quliyeva – Mariya Lupasku (Moldova)
49 kq, 1/8 - Türkanə Tahirli – (Ukrayna - Danimarka)

Yarımfinalçılar özləri üçün azı bürünc medalı təmin etmiş olacaqlar.

Xəbər 1131 dəfə oxundu.