Formula 1 çempionatının iyun ayınadək mərhələləri koronavirusa pandemiyasına görə təxirə salınıb
Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran-Prisinədək bütün mərhələləri koronavirus pandemiyasına görə təxirə salınıb.

Azsport.az yarışın saytına istinadla xəbər verir ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Mövsümə iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək Azərbaycan Qran-Prisi ilə start verilə bilər.

Qeyd edək ki, Formula 1 rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib. Həmçinin Vyetnam, Bəhreyn və Çin mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb.


Xəbər 604 dəfə oxundu.