Formula 1-də yeni mövsümə mayın 24-də start verilə bilər
Formula 1-də yeni mövsümə mayın 24-də start verilə bilər.

Belə olacağı təqdirdə yarışları dekabrın 20-dək davam etdirmək lazım gələcək. Koronavirus pandemiyası artıq Avstraliya, Vyetnam və Bəhreyn Qran-Prilərinin ləğv edilməsinə səbəb olub. Bundan əvvəl isə Çin Qran-Prisi təxirə salınmışdı. Hazırda Niderland, İspaniya və Monako Qran-prilərinin taleyi sual altındadır.

Mövsüm mayın 24-ü başlasa, pilotların yarışa hansı Qran-priylə başlayacaqları da məlum deyil. Böyük ehtimalla, 2020-ci ildə Formula 1 çempionatında 22 əvəzinə 18 Qran-pri keçiriləcək.


Xəbər 595 dəfə oxundu.