Yekaterinburqda iddiaçılar turnirinin ikinci turunun oyunları keçirilib
Martın 18-də Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin ikinci turunun oyunları keçirilib.

Səkkiz şahmatçının mübarizə apardığı turnirin ikinci turunda amerikalı Fabiano Karuana rusiyalı Kiril Alekseyenko, fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq ilə qarşılaşmaları qələbə ilə başa vurublar. Çinli Hao Yanq Niderland təmsilçisi Aniş Giri, Aleksandr Qrişuk həmvətəni Yan Nepomnyaşi ilə heç-heçə ediblər. İki turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, F.Karuana Y.Nepomnyaşı 1,5, A.Qrişuk 1, K. Alekseenko, A. Giri 0,5 xal toplayıblar.
On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.
Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.

Xəbər 663 dəfə oxundu.